Ermənilər mülki şəxsi yaraladılar
Ermənilər yenə də mülki azərbaycanlı vətəndaşı yaralayıb. ANS PRESS-in məlumatına görə, düşmən bu dəfə Tovuzun Hacallı kəndini atəşə tutub. Tovuz rayon icra başçısının müavini Mahir Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, ötən gecə güclü atışma olub.
"Ermənilər bütün kəndi atəşə tutublar. Onların açdığı atəş nəticəsində Hacıalılı kənd sakini 30 yaşlı Elnur Quliyev yaralanıb. Vətəndaş qolundan güllə yarası alıb".
Yaralı dərhal Yaralı Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. O, tibbi yardımdan sonra evə buraxılıb.
Qeyd edək ki, son günlər düşmən ordusu cəbhə xəttində fəallaşıb. Bir neçə gün öncə də Tovuzun Əlibəyli kəndində 3 dinc sakin düşmən gülləsinə tuş gələrək yaralanıb.
Onlardan ikisi qadın, biri isə 5 yaşlı qız uşağı olub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR