» » Azərbaycanda sevgi faciəsi: sevdiyi oğlanla qaçdı, döyüldü, intihar etdi

Azərbaycanda sevgi faciəsi: sevdiyi oğlanla qaçdı, döyüldü, intihar etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 may 2014
//
Bölmə: Hadisə
Azərbaycanda sevgi faciəsi: sevdiyi oğlanla qaçdı, döyüldü, intihar etdi


Aprelin 28-də Saatlı rayonu, Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb.

Ancaq onun atası tərəfindən öldürülərək asıldığı da ehtimal olunur. Atası isə bu məlumatı inkar edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, paytaxta fəaliyyət göstərən hüquq müdafiəçilərinə çatan xəbərlərə görə, Rəmziyyə Şəmmədova ölümündən iki gün əvvəl Sabirabad sakini olan sevdiyi oğlanla qaçıbmış.

Daha sonra evlərinə qayıdan qız atası və qardaşı tərəfindən qəddarlıqla döyülüb.

Qızın ailənin zorakı təzyiqlərinə dözməyərək özünü asdığı deyilir. Rayon polislərinin qızın atasını yasa görə sərbəst buraxdıqları iddia olunur.

Milli.Az xəbər verir ki, Teleqraf.com-un əməkdaşı Saatlıda baş verən müəmmalı intihar hadisəsinə aydınlıq gətirmək Rəmziyyə Şəmmədovanın yas mərasimində iştirak edib.

Mərhumun yaxınları aqressivlik nümayiş etdirərək jurnalisti yas mağarından çıxarsalar da, o, hadisə yerindən fotoşəkillər çəkə bilib.



QafqazPRESS.az
banner125x125 banner125x125