» » Bakıda 5 yaşlı uşaq 17 yaşlı qızı sevdiyi üçün intihara cəhd etdi

Bakıda 5 yaşlı uşaq 17 yaşlı qızı sevdiyi üçün intihara cəhd etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 aprel 2014
//
Bölmə: Hadisə
Bakıda 5 yaşlı uşaq 17 yaşlı qızı sevdiyi üçün intihara cəhd etdi


Azyaşlı uşaq çoxlu dərman qəbul edərək özünü zəhərləyib
Bakının Səbail rayonu ərazisində qəribə intihara cəhd hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, 5 yaşlı F.Ə. özünü öldürmək üçün çoxlu dərman qəbul edib. Maraqlı orasındadır ki, uşaq qonşuluqda yaşayan 17 yaşlı qızdan xoşu gəlib. Uşaq öz sevgisini qıza elan edib.

Qız isə özündən 12 yaş kiçik uşağın sevgisini qəbul etməyib. Bu səbəbdən də uşaq özünü öldürmək istəyib. Bu barədə uşağın dayısı Elmurad Məmmədov bildirib.

F.Ə. dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır. Uşaq bu gün evə buraxılacaq.



QafqazPRESS.az
banner125x125 banner125x125