"Azərbaycan" nəşriyyatında zorlama cəhdi
Qızın anası redaktoru təcavüz anında yaxaladı "Azərbaycan" nəşriyyatında insident baş verib. Teleqraf.com-un xəbərinə görə, hadisə nəşriyyatın 9-cu mərtəbəsində qeydə alınıb. Məlumata görə, nəşriyyatda Faiq adlı qəzet redaktoru 13 yaşlı qızı zorlamağa cəhd edib. Əldə etdiyimiz məlumata görə, qızın anası qəzetin yerləşdiyi otağa daxil olanda Faiq adlı şəxsin onun qızını soyundurması və seksual xarakterli hərəkətlər etməsini görüb. Azyaşlının anası hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Məlumat Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə göndərilib. Hadisə ilə bağlı məlumat alan bölmə əməkdaşları "Azərbaycan" nəşriyyatına gəliblər. Polislər Faiq adlı şəxsi polis bölməsinə aparıblar. 28-ci polis bölməsindən Teleqraf.com-a faktı təsdiqləyiblər. Bölmədən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR