» » Bakıda sevgilisi ilə danışıb özünü dənizə atan qız və anası niyə susurlar?

Bakıda sevgilisi ilə danışıb özünü dənizə atan qız və anası niyə susurlar?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 aprel 2014
//
Bölmə: Hadisə
Bakıda sevgilisi ilə danışıb özünü dənizə atan qız və anası niyə susurlar?


11:02

Bakıda özünü dənizə atan gənc qız ətrafında müəmma böyüyür. Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən Milli.Az-a bildirildi ki, dünən Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanovanın özünü dənizə atmasının səbəbi sirr olaraq qalır. Qızın vəziyyəti pis olduğundan dindirilməsi mümkün deyil.

Anası Sədaqət isə polislə qızı haqda heç nə demir.

----------
08:58

Bakının Səbail rayonu, Dənizkənarı Milli Parkda intihara cəhd olub.

APA-nın xəbərinə görə, təxminən 16 yaşlarında olan qız özünü dənizə atıb.

Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gəncin axtarışına çıxıblar. Gənc qızın dənizdə boğulduğunu görən vətəndaşlardan biri özünü suya ataraq onu dənizdən çıxarmağa müvəffəq olub.

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyəti ağır olan gənc qıza ilkin tibbi yardım göstərilib. Daha sonra o 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

APA-nın əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Matanova Nuranə Sədaqət qızı sevgilisi ilə telefonla danışdıqdan sonra intihara cəhd edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



QafqazPRESS.az
banner125x125 banner125x125