» » Türk polisi Azərbaycan diplomatını döydü

Türk polisi Azərbaycan diplomatını döydü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 iyun 2014
//
Bölmə: Hadisə
Türk polisi Azərbaycan diplomatını döydü


Türkiyədə azərbaycanlı diplomata qarşı ədəbsiz addım atılıb.


“Qafqazinfo” ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyədəki Azərbaycan səfirliyinin diplomatı avtomobili yanlış idarə edildiyi üçün polis tərəfindən saxlanılıb. Məlumata görə, avtomobil xətalı dönüş edib. Bu zaman reydddə olan polis xüsusi nömrə nişanı olan maşını saxlayıb.

Maşındakı rəsmi şəxs polisin ondan sənəd isməsindən sonra özünün Azərbaycan diplomatı olduğunu bildirib. Adı açıqlanmayan diplomatik sənədlərini də rəsmi surətdə təqdim edib. Bundan sonra o yoluna davam etmək istəyib.

Lakin polis gərəkli işlər görüləndən sonra yola davam edə biləcəklərini bildirib. Səfirlik əməkdaşı ona diplomatik qaydalara görə maşınlarını saxlaya bilməyəcəklərini, onun yoluna davam etməsinə icazə verilməsini istəyib.

Lakin polis razılaşmayıb və nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Diplomat hadisə yerindən uzaqlaşaraq baş verənlər barədə səfirliyə polis tərəfindən döyülməsi barədə məlumat verib. Dərhal səfirlik Xarici İşlər Nazirliyi ilə əlaqəyə girib. Səfirlik hadisə ilə bağlı şikayət edib. Bundan sonra ölkənin Daxili İşlər Nazirliyinə məlumat verilib.

Nazirliyin rəsmiləri dərhal azərbaycanlı diplomat ilə əlaqə yaradaraq hadisə ilə bağlı ən xırda detallara kimi araşdırma aparacaqlarını bildiriblər və diplomatdan üzr istəyiblər.

Türk rəsmilərin üzrxahlığından sonra diplomat şikayətini geri götürüb.

Türkiyə mətbuatında yer alan məlumata görə, diplomat və səfirlik şikayətlərini geri götürmələri ilə iki ölkə yarana biləcək diplomatik böhranın qarşısını alınıb.



QafqazPRESS.az
banner125x125 banner125x125