» » Ukraynada güllələnən diaspor sədri ANS PRESS-ə danışdı

Ukraynada güllələnən diaspor sədri ANS PRESS-ə danışdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 may 2014
//
Bölmə: Hadisə
Ukraynada güllələnən diaspor sədri ANS PRESS-ə danışdı



“Bəzi mətbu orqanlarda xəbər yayılıb ki, mənə qarşı sui-qəsd biznes fəaliyyətimə görə həyata keçirilib. Bəli, mənim biznesim var. Lakin sui-qəsd buna görə törədilməyib”. Bunu ANS PRESS-ə Kiyevdə güllələnən Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, Ukraynada kənd təsərrufatı sahəsində müəyyən biznesi var. Bu biznesdə olan mülklərinin hamısının sənədləri yerindədir. Qeyri-qanuni heç bir işlə məşğul olmadığını deyən Rövşən Tağıyev hesab edir ki, sui-qəsd planını hazırlayanlar onun son vaxtlar Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərə qarşı çıxanlardır.

Rövşən Tağıyev hazırda Kiyev xəstəxanalarından birində olduğunu və vəziyyətinin yaxşılaşdığını dedi. Onun sözlərinə görə, hadisə yerində Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri həyata keçrir və cinayətkarların tapılması istiqamətində işlər aparılır.

Xatırladaq ki, ötən gün axşam saatlarında Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə qarşı sui-qəsd törədilib. Rövşən Tağıyev aptekdən çıxan zaman küçənin digər tərəfində dayanmış maşından ona atəş açıblar. R.Tağıyevin çiyninə bir güllə dəyib. Təcili xəstəxanaya aparılan diaspor sədri əməliyyat olunub.



QafqazPRESS.az
banner125x125 banner125x125