ABŞ əsgərləri Ukraynada
Onlara “Pravıy sektor” (Sağ sektor) döyüşçüləri komək edəcəklər.
AzVision.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu gün Ukraynada Rusiya yönlü mitinq iştirakçıları Ukraynanın “ Sağ sektor” döyüşçüləri və ABŞ əsgərləri ilə toqquşa bilərlər.
Rusiya xarici işlər idarəsi nazirliyinin Facebook səhifəsində məlumat verilib ki, Ukraynanın cənub-şərqində, o cümlədən Donetsk şəhərində, “Pravıy sektor” qeyri-qanuni silahlı birləşmənin iştirakı ilə Ukraynanın daxili qoşunları və Milli qvardiya bölmələri cəmləşdirilir.
“Onlara Cənubi-Şərq sakinlərinin etirazlarının qarşısının alınması tapşırılıb. Təəssüfedici haldır ki, bu əməliyyata “Sokol” bölməsinin döyüşçülərinin formasını geyinmiş ABŞ-ın xüsusi "Greystone" hərbi təşkilatının 150 hərbiçisi də cəlb edilib”, - məlumatda bildirilir. Rusiya XİN Ukraynada vətəndaş müharibəsinə səbəb ola bilən hərbi hazırlıqları dayandırmağa çağırıb.
Bu arada Ukraynanın daxili işlər naziri Arsen Avakov , Donetsk , Xarkov və Luqansk vilayətlərinə əlavə olaraq xüsusi polis dəstələri göndərilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR