Putin: “Ukraynada Rusiya hərbçiləri yoxdur”
Rusiya heç bir zaman Ukraynadakı vəziyyəti gərginləşdimək istəməyib, bu ölkədə bir nəfər də olsun Rusiya hərbçisi yoxdur.
AzVision.az-ın məlumatına görə, bu barədə Fransanın “TF1” telekanalı və “Europe1” radiostansiyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.
“Ukraynanın cənub-şərqində Rusiya strukturlarının heç bir hərbçisi yoxdur”, - deyə, Rusiya prezidenti jurnalistlərə açıqlamasında bildirib.
Rusiya Federasiyasının Ukraynanın birləşdirmək və bu ölkədə situasiyanı gərginləşdimək niyyəti varmı sualına Putin belə cavab verib: “Xeyr. Biz heç vaxt bununla məşğul olmamışıq və hazırda da olmuruq”.
Rusiya prezidentinin sözlərinə görə, Ukrayna hökuməti öz xalqı ilə tank və təyyarələrin köməkliyi ilə yox, danışıqlar yolu ilə dialoq yaratmalıdır: “Yaşadığı yerdən asılı olmayaraq insanlar hüquqlara malikdir və bu hüquqlar mütləq şəkildə qorunmalıdır”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR