Amerika Krım tatarlarının faciəsinə biganə qalmadı
Amerika ictimaiyyəti də Krım tatarlarının doğma vətənlərindən deportasiya edilməsinin 70 illik tarixinə biganə qalmayıblar.
ANS PRESS-in məlumatına görə, paytaxt Vaşinqtonun yaxınlığında olan Corc Meyson ştatında keçirilən tədbirdə Ukraynaın Amerikadakı səfiri Aleksandr Mosçik çıxış edərək, Krım tatarlarının 1944-cü ildə başlarına gətirilən faciədən danışıb.
Deportasiya edilən insanların əzablı yollarda öldüyünü deyib. Tədbir iştirakçıları qeyd ediblər ki, Krımın Ukraynadan ayrılmaraq Rusiyaya birləşməsi, İKrım tatarlarına qarşı yeni repressiyalara və sıxıntılara gətirib çıxaracaq.
Onlar qeyd ediblər ki, martın 16-da Rusiyanın Krımda keçirdiyi referendumda əksəriyyət Krım tatarları iştirak etməyiblər. Xatirə gecəsində Krm tatarlarının lideri Mustafa Cəmilə həsr olunmuş “Krımın oğlu” sənədli filmi də nümayiş edilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR