» » “Biz doğma torpaqlarımıza qayıdacağıq” - Prezident

“Biz doğma torpaqlarımıza qayıdacağıq” - Prezident

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2014
//
Bölmə: Siyasət
“Biz doğma torpaqlarımıza qayıdacağıq” - Prezident



“BMT-nin 4 qətnaməsi var və həmin qətnamələrdə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunur. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib. Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır”

APA-nın məlumatına görə, bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb.

Prezident İlham Əliyev bəyan edib ki, hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur: “Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq. Çalışmalıyıq ki, cəmiyyəti əsas prioritetlər ətrafında toplayaq. Bu, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin güclənməsi və insanlar üçün daha yaxşı həyat şəraiti qurulmasıdır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunursa, cəmiyyət parçalanmır. Çatışmazlıqları da müzakirə etməliyik. Ancaq əsas odur ki, cəmiyyətimiz birləşib”.

İ. Əliyev qeyd edib ki, 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb: “Biz dayanıqlı inkişafa nail olmalıyıq”.

Eyni zamanda prezident qeyd edib ki, biz yeni dünyada yaşamaq istəyiriksə, multikulturalizmi uçurum kimi qəbul etməməliyik”.

Dövlət başçısı bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir. Prezident Azərbaycanda multikulturalizmə, dəyərlərin təbliğinə xüsusi önəm verildiyini də vurğulayıb.

Dövlət başçısı Forumda mühüm müzakirələrin olacağına əminliyini ifadə edib: “Tədbirdə iştirak edən insanların irəli sürdüyü tövsiyələr çox mühümdür”.


QafqazPRESS.az
banner125x125 banner125x125