» » İki gəncin mübahisəsi bıçaqlanma ilə bitdi

İki gəncin mübahisəsi bıçaqlanma ilə bitdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 iyun 2014
//
Bölmə: Kriminal
İki gəncin mübahisəsi bıçaqlanma ilə bitdi



QafqazPRESS.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə Samux rayonunun İnistitut qəsəbəsində, Nizami küçəsində baş verib.

Samux rayon sakini 32 yaşlı Arzu Xəlilovu həmyerlisi Bahadur adlı şəxs bıçaqlayıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Kürək nahiyyəsindən 3 bıçaq yarası alan Arzu Xəlilov dərhal əməliyyat olunub, vəziyyəti normaldır və artıq palataya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner125x125 banner125x125