» » Azərbaycanda avtobusla minik maşını toqquşdu: 5 ölü, 10 yaralı

Azərbaycanda avtobusla minik maşını toqquşdu: 5 ölü, 10 yaralı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Hadisə
Azərbaycanda avtobusla minik maşını toqquşdu: 5 ölü, 10 yaralı



16:55

Şəmkir rayonu ərazisində baş verən zənciravari yol qəzası 5 nəfərin ölümü, 10 nəfərin isə yaralanması ilə nəticələnib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistralının 400-cü kilometrliyində rayonun Muxtariyyə kəndi ərazisində qeydə alınıb.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, qəza zamanı 41 yaşlı Ağstafa sakini Elçin Qəmbərovun idarə etdiyi “Mercedes Sprinter” markalı sərnişin mikroavtobusu ilə 32 yaşlı Gədəbəy sakini Natiq Yusibova məxus “VAZ 2107” və sürücüsünün şəxsiyyəti məlum olmayan Gürcüstan dövlət nömrə nişanlı "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə "Opel"in sürücüsü və şəxsiyyəti hələlik məlum olmayan sərnişini eləcə də mikrovtobusda olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Bunlar - 8 yaşlı Ağstafa sakini Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 30 yaşlı Fəqanə Quliyeva və 46 yaşlı Rahilə Əsgərovadır. Daha 10 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılar isə 26 yaşlı Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı Bakı sakini Anar Rəhimovdur. Qeyd edək ki, Anar Rəhimov Tovuzda fəaliyyət göstərən Türkel televiziyasının əməkdaşıdır.

Elşən Quliyev, həkim: “Xəstəxanamıza 10 nəfər xəstə müraciət etmişdir. Onların içində orta və ağır bədən xəsarətləri ilə daxil olan xəstələr olubdur. Xəstələrə ilkin tibbi yardım göstərilib, şok əlehinə tədbirlər aparılıbdır. Bir nəfər nevro-cərrahiyyə mərkəzinə evakuasiya olunubdur. Yerdə qalan xəstələr, xəsətlərin qohumlarının təkidi ilə başqa rayondan olduqlarına görə region xəsətəxanalarına evakuasiya olunublar”.

“Mercedes Sprinterin” sürücüsü Elçin Qəmbərov və “VAZ 2107”-də sükan arxasında əyləşən Natiq Yusibov isə qəzadan xəsarətsiz ötüşüblər. Meyitləri avtomobildən çıxartmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb olunublar. Hadisə şahidlərinin sözlərinə görə qəzaya “VAZ 2107” markalı avtomobilin sürücüsünün əsas yola çıxarkən diqqətsizliyi səbəb olub.

Cabir Quliyev, şahid: “Buradan keçəndə gəldik qəzanın üstünə çıxdıq. “Opel”, “VAZ”, və “Mercedes Sprinter” markalı avtomobillər toqquşmuşdu. Elə biz gələndə hardasa 4-5 nəfər artıq keçinmişdi. Yerdə qalanlarını da dedilər ki, təcili tibbi yardım maşınları aparıb. Xeyli də yaralı varıydı, onların da vəziyyəti ağıdır”.

Məzahir Həsənov, şahid: “3 maşın - “Opel”, “VAZ”, və “Mercedes Sprinter” idi. “VAZ” QES yolundan çıxan idi. “Opel” öz yolu ilə gedən idi. Spriter isə gəldiyi yerdə “VAZ”la toqquşmuşdu. Biz onu gördük”.

Qəza ilə bağlı baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

---------
10:55

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə zamanı “Mersedes”in sürücüsü, Ağstafa sakini, 41 yaşlı Elçin Qəmbərov və "VAZ"ın sürücüsü, 32 yaşlı, Gədəbəy sakini Natiq Yusifov qəzadan xəsarətsiz ötüşüblər. “Opel”in sürücüsü isə ölüb.

----------
10:38

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkirdə baş verən zəncirvari qəzanın təfərrüatları məlum olub.

Şəmkirin Kür qəsəbəsindən əsas yola çıxan “VAZ 2107” Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes”in qarşısına çıxıb. Nəticədə hər iki avtomobil toqquşub. Mikroavtobusla toqquşmadan sonra “VAZ” yolun qarşı tərəfindən gələn “Opel”lə toqquşub. “Opel”də ölənlərdən biri hamilə qadın olub.

Baş vermiş qəza zamanı ölənlərdən 3 nəfərin və yaralananların kimliyi bəlli olub. Bunlar - 8 yaşlı, Ağstafa sakini Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 30 yaşlı Fəqanə Quliyeva və 46 yaşlı Rahilə Əsgərovadır. Yaralılar isə 26 yaşlı, Gürcüstan vətəndaşı Fuad Məmmədov, 19 yaşlı, Qusar sakini Rəşad Həsrətov, 29 yaşlı, Ağstafa sakini Rövşən Quliyev, 28 yaşlı, Ağstafa sakini Afaq Dərziyeva, 30 yaşlı, Gürcüstan vətəndaşı Mübariz Balacayev, 36 yaşlı, Gürcüstan vətəndaşı Natiq Əliyev, 24 yaşlı, Gürcüstan vətəndaşı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, 50 yaşlı, Gədəbəy sakini Qaçay Yusifov, 28 yaşlı, Bakı sakini Anar Rəhimovdur (TTV-nin əməkdaşı).

----------
09:09

Şəmkirdə ağır yol qəzası baş verib, 5 ölü, 10 yaralı var.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bu gün səhər saatlarında Bakı-Qazax magistralının 400-cü km-də, Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Qəza zamanı "Opel" markalı minik avtomobili ilə "Sprinter" sərnişin avtobusu ilə toqquşub. Nəticədə 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hələlik ölən və yaralıların şəxsiyyəti məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


QafqazPRESS.az
banner125x125 banner125x125