» » “Niaqara”da kütləvi zəhərlənmə

“Niaqara”da kütləvi zəhərlənmə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Hadisə
“Niaqara”da kütləvi zəhərlənmə



Ötən gün məşhur “Niaqara” restoranının şou zalında kütləvi zəhərlənmə baş verib.

AzVision.az-a bu barədə jurnalist İlkin Həsənov məlumat verib.

Onun sözlərinə görə, ötən gün ad günü mərasimi ilə bağlı restoranda olublar və yedikləri “paytaxt” salatından təxminən 15-16 nəfər zəhərlənib:

“Ötən axşam “Niaqara” restoranının şou zalında yubiley mərasimində idik. Ad günündə iştirak edənlərin 15-16 nəfəri zəhərlənib. Mənim vəziyyətim yaxşı olmadığı üçün həkim xəstəxanada yatmağımı məsləhət bildi. Digərləri isə mədələri yuyuldu və evə buraxıldı”,-deyə İ.Həsənov qeyd edib.



QafqazPRESS.az