» » Cəlilabadda kütləvi zəhərlənmə: İki ailə xəstəxanalıq oldu

Cəlilabadda kütləvi zəhərlənmə: İki ailə xəstəxanalıq oldu

Müəllif: Səma Zərdablı
//
Tarix: 06 fevral 2020
//
Bölmə: Hadisə
 Cəlilabadda kütləvi zəhərlənmə: İki ailə xəstəxanalıq oldu



Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.
Qafqazpress.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakinləri 1979-cu il təvəllüdlü İmanov Niyaməddin Balamirzə oğlu, 2009-cu il təvəllüdlü İmamzadə Leyla Niyaməddin qızı, 2006-cı il təvəllüdlü İmanlı Rövlan Loğman oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Səidə Mühacir qızı, 2007-ci il təvəllüdlü Əliyeva Nuranə Rövşən qızı və 2010-cu il təvəllüdlü Əliyeva Gülşən Rövşən qızı naməlum etiologiya zəhərlənmə ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin araşdırma zamanı məlum olub ki, zəhərlənən şəxslər fevralın 5-i axşam saatlarında N.İmanova məxsus evdə ət məhsulundan ev şəraitində hazırlanmış yemək və xiyar turşusu yeyiblər. Yeməkdən 20-30 dəqiqə sonra onların vəziyyəti pisləşib.
Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onlar evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
banner125x125 banner125x125