» » 14 yaşlı uşağı maşın vurdu

14 yaşlı uşağı maşın vurdu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyun 2014
//
Bölmə: Hadisə
14 yaşlı uşağı maşın vurdu



Bu gün saat 19:30 radələrində Xaçmaz şəhəri, Ülvi Bünyadzadə küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Region TV-yə istinadən məlumat verir ki, 2001-ci il təvəllüdlü Mövsümov Mehdi Aydın oğlu evlərinin qarşısında oynayarkən yüksək sürətlə idarə olunan "VAZ 21 011" markalı avtomobil onu vurub.

Nəticədə 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda fakt araşdırılır.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125