» » Etibar Pirverdiyevin işçiləri qəzaya düşdü: ölən var

Etibar Pirverdiyevin işçiləri qəzaya düşdü: ölən var

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Hadisə
Etibar Pirverdiyevin işçiləri qəzaya düşdü: ölən var



İyunun 16-ı, axşam saatlarında Xaçmaz rayonunda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xudat - Nabran yolunun 4-cü km-liyində qeydə alınıb.

1993-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Novruzov Rəşad İslam oğlunun idarə etdiyi “Nissan” markalı «27 AA 166» dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirərək, yoldan çıxıb və ağaca çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayonu, Mançaroba kənd sakini, 1992-ci il təvəllüdlü Ağamirzəyev Kamil İsmət oğlu dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı avtomaşında 5 nəfərin olduğu bildirilir. Maşında olan 3 nəfər xəsarət almayıb. Qəzaya düşən şəxslər “Azərenerji” ASC-nin əməkdaşlarıdır.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevdir.




QafqazPRESS.az
banner125x125 banner125x125