» » Bakıda avtobusda namus davası və ürəyi zəif kişi

Bakıda avtobusda namus davası və ürəyi zəif kişi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 avqust 2014
//
Bölmə: Hadisə
Bakıda avtobusda namus davası və ürəyi zəif kişi



Biləcəri qəsəbəsi istiqamətində hərəkət edən 202 saylı sərnişin avtobusunda qalmaqal qopub
Ötən gün saat 22 radələrində Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusunda qalmaqal qopub.

Anspress-in məlumatına görə, qalmaqal “Nəriman Nərimanov” metrosundan Biləcəri qəsəbəsi istiqamətinə hərəkət edən 202 saylı sərnişin avtobusunda baş verib.

Belə ki, avtobus Rəsulzadə qəsəbəsindən Biləcəri istiqamətinə hərəkətdə olarkən, avtobusda ayaq üstə dayanan, yaşı təxminən 35 olan qadın qəfil dönərək yaxınlığında dayanmış, yaşı 60-65 olan ağsaçlı kişini qəfil itələdi.

Qadının qəfil hərəkəti avtobusda olan hər kəsi çaşdırdı. Qadın sonra başladı kişinin üstünə qışqırmağa: “Utanmırsan, qızın yaşda xanımam. Mənə arxadan əllə təcavüz edirsən. Öləsən, sənin yaşda atam ölüb, sən hələ də yaşayırsan”.

Xanımın sözündən sonra kişinin halı pisləşdi. Yaşlı adam yalnız: “Xanım, Allah şahiddir ki, sizə heç toxunmamışam da”, - deyə bilib.

Halı pisləşən kişiyə sərnişinlər birtəhər yardım edərək oturdublar. Onun sinəsinə və üzünə su səpiblər. Avtobusda olanlardan biri bildirdi ki, həmin kişini tanıyır. O, əsla belə hərəkət edə biləcək adam deyil. Sonradan məlum olub ki, həmin yaşlı adam ürək xəstəsiymiş.

Növbəti dayanacaqda kişini ittiham edən qadın düşüb getdi. Lakin yaşlı kişi hələ də özünə gələ bilməmişdi.



QafqazPRESS.az
banner125x125 banner125x125