» » Ermənistanın Müdafiə naziri istefa verib

Ermənistanın Müdafiə naziri istefa verib

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 noyabr 2020
//
Bölmə: Siyasət
Ermənistanın Müdafiə naziri istefa verib


Ermənistanın Müdafiə naziri David Tonoyan istefa verib.
Bu barədə “Aravot” xəbər yayıb.
Bildirilir ki, o, Qarabağdakı hərbi əməliyyatların nəticəsinə görə kəskin tənqid olunurdu. Ermənistan hakimiyyəti hazırda Tonoyanın yerinə Baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyanı təyin etmək istəyir. O, 1999-2000-ci illərdə artıq bu vəzifədə olub.
Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama verməyib.
Xatırladaq ki, son bir neçə gündə Ermənistanın Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri – Zohrab Mnatsakanyan və Feliks Tsolakyan istefa verib.

banner125x125 banner125x125