Bakının sərnişin avtobusunda tərbiyəsizlik: qadınlarla kişilər əlbəyaxa oldular
11:26
“Çinar-Trans” MMC-dən Milli.Az-a bildirildi ki, 133 saylı avtobusdakı hadisə ilə bağlı qısa zamanda araşdırma aparıldı və sürücü Valeh Məmmədov işdən azad edildi.
---------
10:50
Bakının sərnişin avtobusunda sürücü tərbiyəsizliyi son həddə çatıb. Sürücünün əməli sərnişinlər arasında davaya keçib, sonra isə...
Dünən metronun “Gənclik” stansiyasından Binəqədi kəndi istiqamətində işləyən 133 saylı sərnişin avtobusunda vur-çatlasın olub. Milli.Az xəbər verir ki, təxminən saat 19:30-20:00 radələrində 133 saylı avtobusun sürücüsünün - cavan oğlanın - avtobusu yüksək sürətlə idarə etməsi sərnişinlərin etirazına səbəb olub. Sürücü isə buna məhəl qoymayaraq dava düşənə kimi yoluna davam edib.
Binəqədi kəndi ərazisində vəziyyət daha da qəlizləşib və qadın sərnişinlər israrla sürücüyə avtobusu saxlamağı tələb ediblər. Uzun mübahisədən sonra sürücü onlarla razılaşmalı olub, sonra qadınlar avtobusu tərk ediblər. Avtobusun yarısı boşalsa da, bir neçə kişi düşmək istəməyib. Bu isə qadınları daha da qəzəbləndirib, kişilərlə davaya başlayıblar. Bir-birinə küçə söyüşləri söyüblər.
Hadisə baş verən sərnişin avtobusunun sahibkarı “Çinar-Trans” MMC-nin rəhbəri Etibar Manafov Milli.Az-a açıqlamasında bildirdi ki, həmin avtobusun sürücüsü müəyyən edilərək işdən qovulacaq.
Həmin hadisənin görüntülərini oxuculara təqdim edirik...
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR