Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb
QafqazPRESS.Az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilmiş Hərbi Dəniz Qüvvələrinin gəmilərində olub.
Hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Müdafiə nazirini Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib.
Hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə Müdafiə nazirinə məlumat verilib. Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.
Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.
Gəmilərin ümumi vəziyyətini və şəxsi heyətin bacarıqlarını müsbət qiymətləndirən Müdafiə naziri bildirib ki, bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edilib. Nazir Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması və gəmi heyətinin sosial şəraitinin yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR