Zakir Həsənov ABŞ-ın müdafiə naziri ilə görüşəcək
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Brüsselə səfəri davam edir. İyunun 4-də Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində iclas keçiriləcək.
İclas çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-nın müdafiə katibi Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR