» » TƏKİ VƏTƏN YAŞASIN!!!

TƏKİ VƏTƏN YAŞASIN!!!

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 avqust 2015
//
Bölmə: Hadisə
TƏKİ VƏTƏN YAŞASIN!!!




Avqustun 2-də ANA VƏTƏNimizi düşməndən qoruyan igid əsgərlərmizin ziyarətinə-görüşünə getmək məqsədilə, çox böyük həvəslə, 10 nəfər heyətlə birgə səhər saat 07:15-də iki avtomobillə Bakıdan Ağcabədiyə yola düşdük. Amma çox təəssüf olsun ki, avtomobillərdən biri ağır yol qəzasına düşdüyü üçün əsgərlərlə keçirilən bu möhtəşəm görüşdə iştirak edə bilmədik.
Kürdəmir ərazisində təxminən səhər saat 10:40 dəqiqədə əyləşdiyim avtomobildən bir qədər qarşıda gedən dostlarımızın əyləşdiyi avtomobil çox ciddi yol qəzasına uğradı. Bu qorxunc qəza gözlərimin qarşısında baş verdi! Mən də, mənimlə birgə avtomobildə əyləşən dostlarım da çox böyük sarsıntı və çox böyük qorxu keçirtdik. Həmin gün çox çətin bir gün yaşadıq.
Avtomobildə əyləşən dostlarımız müxtəlif dərəcəli xəsarətlə baş-başa qaldılar. Saz ifaçısı Dərya Mərdanzadə isə çox ağır dərəcəli xəsarətlər aldı. Xəsarət alan dostlarımız təcili-tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıldılar. Xəsarət alan dostlarımıza lazımi ilkin tibbi yardım göstərildi.
7 saat Kürdəmir rayon Mərkəzi Xəstəxanasında xəsarət alan dostlarımızın yanında olduq. Elə həmin gün qəzada yaralanan dostlarımıza ilk tibbi yardım olunduqdan sonra saat 18:00-da Kürdəmir rayon xəstəxanasından Bakıya yola düşdük. Axşam saat 9-da isə sağ-salamat Bakıya çatdıq.
Bu ağır yol qəzasında çox ağır xəsarət alan saz ifaçısı Dərya dünən, yəni avqustun 3-də Bakıdakı Neyrocərrahiyyə Mərkəzində əməliyyət olundu. Uca Tanrıya çox şükürlər olsun ki, Dəryanın səhhəti tədricən yaxşılaşmağa başlayıb. Qəzada xəsarət alan dostlarımıza Allahdan şəfa diləyirəm! Hər birini Allah qorusun!
Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkiminə və bütün tibbi heyətinə şair-jurnalist kimi və ziyalı xanım olaraq minnətdarlıq edirəm. İstirahət günü olmasına baxmayaraq, xəstəxananın bütün tibbi heyəti iş yerinə qayıdaraq həmin gün var gücləri ilə çalışdılar, xəsarət alan 5 nəfər dostlarımıza lazımi tibbi yardım göstərdilər.
Böyük Yaradana şükürlər olsun ki, o ağır qəzada dostlarımızdan heç birini itirmədik. Bu böyülk lütfünə görə ALLAHA şükranlıq duaları edirəm!
Böyük Yaradan Azərbaycanımızı və Xalqımızı qorusun!
ANA VƏTƏNimizi yağı düşməndən gecə-gündüz göz-bəbəyi kimi qoruyan zabit və əsgərlərimizi də Böyük Allah hifz etsin! AMİN!
Şair-jurnalist,
Xatirə Rəhimli
04 avqust 2015



QafqazPRESS.az
banner125x125 banner125x125