Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü: Yaralılar var
Mingəçevirdə təcili tibbi yardım avtomobili qəzaya düşüb.
Oxu.Az-ın məlumatına görə, Ağdaş rayonundan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına xəstə gətirən təcili tibbi yardım maşını şəhərin 20 Yanvar küçəsində minik avtomobili ilə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüləri xəsarət alıblar. Təcili tibbi yardım avtomobilində olan xəstə və hər iki sürücü şəhər xəstəxanasına yerləşdirilib.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sürücülərin vəziyyəti kafi qiymətləndirilir. Maşında olan xəstə isə qəza zamanı xəsarət almayıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR