Azərbaycanlı aşıq avtomobil qəzası keçirib: “Vəziyyəti ağırdır”
Avqustun 2-də bir qrup mədəniyyət işçisiylə cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən avtomobil qəzasına uğrayan Aşıq Dərya Mərdanzadənin vəziyyəti ağırdır.
QafqazPRESS.az - ın aznews.az-a istinadən xəbərinə görə, bu haqda şairə Nazilə Səfərli məlumat verib. Onun sözlərinə, həkimlər D.Mərdənzadənin vəziyyətinin kritik olduğunu bildirib:
“Həkimlər deyir ki, ilk öncə qanaxma dayanmalıdır. Amma sonradan baxıblar ki, beyində qan laxtaları var. Bundan əlavə beyin yerindən oynadığından şişib. Yəni, vəziyyət hələ mürəkkəb olaraq qalır”.
N.Səfərli deyir ki, bir çox iş adamı D.Mərdanzadəyə kömək etmək istəyir:
“Bizim əhatə dairəmizdə olan sənət adamları Dəryaya kömək məqsədi ilə mənə telefonlar edir. Artıq bu gün iş adamları dəstək verəcəklərini dedilər. Ən maraqlısı isə həmin iş adamlarının türk vətəndaşları olmasıdır. Ümid edirik ki, Azərbaycan iş adamları da bu dəstəyə qoşulacaq”.
Xatırladaq ki, avqustun 2-də Dirli Qurbani Məclisinin üzvülərindən 5 nəfər cəbhə xəttində hərbi xidmətdə olan əsgərlər üçün konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğrayıb. Onlardan Aşıq Dərya Mərdanzadə ağır xəsarət alaraq, Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR