Toyundan 1 həftə sonra evdən çıxıb geri qayıtmadı - Foto
Rusiya polisi toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gənc qadını axtarır.
Sankt-Peterburqda yaşayan 23 yaşlı Gülnarə Vəliyeva bu il aprelin 22-də həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun aprelin 15-də Samir adlı oğlanla toyu olub.
Gənc qadının əri polisə bildirib ki, o, günorta saatlarında evdən çıxıb və özü ilə şəxsiyyət vəsiqəsini götürməyib. Üzərində boz rəngli paltodan başqa digər geyimləri xatırlamır. Onun bu açıqlaması Gülnarənin yaxınlarını “Görəsən, Samirmi öldürüb?” fikri ilə narahat edib.
Rusiya İstintaq Komitəsi G. Vəliyevanın öldürülmə ehtimalını da istisna etmirlər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR