» » Rusiyada azərbaycanlı öldü

Rusiyada azərbaycanlı öldü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyun 2014
//
Bölmə: Kriminal
Rusiyada azərbaycanlı öldü



Rusiyada Azərbaycan vətəndaşı ölüb. ANS PRESS-in məlumatına görə, hadisə iyunun 1-də günorta saatlarında Babuşkina küçəsində qeydə alınıb. 54 yaşlı Azərbaycan vətəndaşı Sankt Peterburq şəhərindəki 135 saylı beşmərtəbəli binanın damından düşüb.

Sankt Peterburqda qeydiyyatsız yaşayan kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Mərhumun adı açıqlanmayıb. Onun düşdüyü və ya intihar məqsədilə özünü atdığı araşdırılır.

Rusiya mətbuatının məlumatına görə, həmin gün şəhərdə daha bir anoloji fakt baş verib. 42 yaşlı əlil qadın beşinci mərtəbədəki evinin eyvanından düşərək ölüb.


QafqazPRESS.az
banner125x125 banner125x125