Xəzərdə partlayış
Xəzər dənizində neft yatağında partlayış baş verib.
Bundan başqa redaksiyamıza partlayışla əlaqədar sosial şəbəkələrdə yayılan səsyazıları daxil olub.
Həmin səsyazılarında Xəzər dənizində neft yatağında partlayışın baş verdiyi , onun işçilərlə birlikdə dənizin dibinə düşdüyü bildirilir. Qurbanların çoxunun xarici vətəndaşlar olduğu deyilir:
“Uşaqlar elə indicə Aktaudan göndəriblər. Xəzər dənizində partlayış baş verib. Deyəsən həmin neft qülləsini xaricilər idarə edirdi. Çinli (işçilər) qüllə qarışıq hamısı suyun dibinə gedib. Bax elə indi həmin yerdə su qaynaşır. Mühafizəçilər hər tərəfə yayılıb, çəkiliş aparmağa qoymurlar. Bax belə-belə işlər dostlar.”,
“Bu bir ekoloji fəlakətdir. Amerikalılıarın, çinlilərin işlətdiyi neft yatağı içi işçilər qarışıq dənizin dibinə gedib. Sudan neft fışqırır. Sızan neft dənizə axır. Suyun səthinə çıxan neft od tutub yanır, mənə elə gəlir bu əsil fəlakətdir. Neft bütün dənizə yayılacaq”.
İnAktau nəşrinin məlumatına görə, Aktau bölgəsinin fövqəladə hallar xidmətinin rəhbərliyi yayılan informasiyanın həqiqətə uyğun olmadığını və Xəzər dənizində heç bir insidentin qeydə alınmadığını açıqlayıb.
“NCOC” neft şirkəti də yayılan audioyazıların dezinformasiya olduğunu bildirib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR