» » İlham Əliyev: "Azərbaycanın neft-qaz sektoru öz imkanlarını və ildən-ilə öz fəaliyyətini genişləndirir"

İlham Əliyev: "Azərbaycanın neft-qaz sektoru öz imkanlarını və ildən-ilə öz fəaliyyətini genişləndirir"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Siyasət
İlham Əliyev: "Azərbaycanın neft-qaz sektoru öz imkanlarını və ildən-ilə öz fəaliyyətini genişləndirir"


10:07

Xəzər neft-qaz sərgisi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.

Dövlət başçısı deyib: "Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu çox gözəl hadisədir, çox önəmli əlamətdir, çünki Azərbaycanın neft-qaz sektoru öz imkanlarını genişləndirir və ildən-ilə öz fəaliyyətini genişləndirir".

----------
09:24

Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz- 2014 (Caspian Oil&Gas) sərgi və konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev sərginin açılış mərasimində iştirak edir.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 400-dən artıq şirkət iştirak edir. Sərgi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və logistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirir. Sərgi sahəsinin 70 faizindən çoxu dünyanın məşhur şirkətləri tərəfindən tutulub. Onların arasında "Əsrin müqaviləsi"ndə yer alan şirkətlərlə yanaşı, sərgi və konfransın daimi iştirakçıları da var.

Ümumilikdə isə iştirakçıların 21 faizini təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlərin də sərgidə iştirakı ona marağın artdığını bir daha təsdiqləyir.
İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq Xəzər Neft və Qaz-2014 konfransıdır. Konfrans iyunun 4-5-də təşkil olunacaqdır. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dək nümayəndə iştirak edəcəkdir.


QafqazPRESS.az
banner125x125 banner125x125