» » İlham Əliyev sərgidə

İlham Əliyev sərgidə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Mədəniyyət
İlham Əliyev sərgidə



Bakıda XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransı öz işinə başlayıb.

ANS PRESS-in məlumatına görə, sərginin açılış mərasimində prezident İlham Əliyev iştirak edir. Beynəlxalq Xəzər Neft və Qaz Sərgi Konfransı sərgisində 29 ölkədən 400-dən artıq şirkət iştirak edir. Konfransda ümumi iştirakçıların 65 %-i xarici şirkətlər, 35% -i isə yerli şirkətlər təşkil edir. Sərginin bütün ekspozisiyası üzrə artım isə 10 %-dir.

Qeyd edək ki, sərgi ilə yanaşı 4-5 iyun tarixlərində 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransı da keçiriləcək. Bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft qaz sənayəsinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin çıxışı daxil edilib.

Bu ilki sərgi sahəsinin 70%-dən çox hissəsini dünyaca məşhur şirkətlər tutur və onların arasında “Əsrin Müqaviləsi”nin iştirakçıları, habelə sərgi və konfransın daimi iştirakçıları var: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP”, “Statoil”, “Total”, “Halliburton”, “TPAO”, “RWE” və s.

Sərgidə Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransadan 8 milli qrup iştirak edir. Əvvəllər heç vaxt Azərbaycan bazarında olmayan yeni şirkətlər isə sərgiyə marağın azalmadığını vurğulayır.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125