» » Azərbaycanda icra başçısı dəhşətli xəbəri alar-almaz XƏSTƏXANAYA GƏLDİ VƏ...

Azərbaycanda icra başçısı dəhşətli xəbəri alar-almaz XƏSTƏXANAYA GƏLDİ VƏ...

Müəllif: Səma Zərdablı
//
Tarix: 23 may 2019
//
Bölmə: Hadisə
Azərbaycanda icra başçısı dəhşətli xəbəri alar-almaz XƏSTƏXANAYA GƏLDİ VƏ...


Bu gün sübh saatlarında Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən 85-ci kilometrliyində baş verən dəhşətli qəzada ölən 4 nəfərin meyiti Salyan rayon Xəstəxanasından Yardımlıya yola salınıb.
Korrupsiya-q.az xəbər verir ki, rayon xəstəxanasına qəzada vəfat edən 4 nəfərin meyitinin gətirildiyini öyrənən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dərhal xəstəxanaya gəlib. O, vəfat edən şəxslərin cənazələrinin ailələrinə təhvil verilməsi və Yardımlıya yola salınması işinə şəxsən rəhbərlik edib və onları ayrı-ayrı maşınlarda rayonlarına göndərib.
Qeyd edək kii, “Ford Transit” markalı mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin hamısı Yardımlı rayon sakinləridir.
Hadisə nəticəsində ağır xəsarət alan 2 nəfər: 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı xəstəxanaya yerləşdirlib.
Onu da qeyd edək ki, Sevindik Hətəmov 2016-cı ildə Salyan rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilənədək Yardımlı rayonuna rəhbərlik edib.
banner125x125 banner125x125