» » Ağdamda 7 nəfər yaralandı, 1 nəfər vəfat etdi

Ağdamda 7 nəfər yaralandı, 1 nəfər vəfat etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 28 aprel 2016
//
Bölmə: Siyasət
Ağdamda 7 nəfər yaralandı, 1 nəfər vəfat etdi







Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.
banner125x125 banner125x125