» » Azərbaycanda "son zəng" günü faciə: 3 ölü, 8 yaralı

Azərbaycanda "son zəng" günü faciə: 3 ölü, 8 yaralı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 may 2014
//
Bölmə: Hadisə
Azərbaycanda "son zəng" günü faciə: 3 ölü, 8 yaralı


Ağdaş-Qaradeyin yolunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum olub

17:21

Milli.Az xəbər verir ki, Yevlax rayon Mərkəzi xəstəxanasının baş həkimi İlhamil Quliyevin anspress-ə verdiyi məlumata görə, ölən və xəsarət alan şəxslərin əksəriyyəti qohum olub.
Xəsarət alanlar bunlardır: Ağstafa rayon Qırlı kənd sakinləri: 1985-ci il təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu, 1993-ci il təvəllüdlü Məsiyev Şükanə İlyas qızı, 2013-cü il təvəllüdlü Məsiyev Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Məsiyev İbrahim Səxavət oğlu, Ucar rayonu Məlikballı kənd sakini, 1996-cı il təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Quliyeva Zemfira İdris qızı, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid oğlu.

İ.Quliyevin sözlərinə görə, hazırda yaralıların vəziyyəti normalıdır.
Ağstafa rayon Qırlı kənd sakini, 2012-ci il təvəllüdlü Məsiyeva Fəridə Səxavət qızı hadisə yerindəcə dünyasını dəyişib. Ondan başqa bir qadın və bir kişi ölüb. Onların cəsədləri birbaşa morqa aparıldığına görə adları hələlik məlum deyil. Ehtimal olunur ki, ölən kişi və qadın Məsiyeva Fəridə Səxavət qızının valideynləridir.

Xatırladaq ki, Ağdaş-Qaradeyin yolunda mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub. 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb

--------
16:48

Ağdaş-Qaravəlli yolundakı dəhşətli qəza ilə bağlı yeni məlumat var. Milli.Az-ın anspress-ə istinadən xəbər verir ki, yük maşını ilə toqquşan mikroavtobus Bakıdan Qazağa gedirmiş.

---------
15:53

Ağdaş-Qaravəlli yolunda mikroavtobus yük maşını ilə toqquşub

Bu gün Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib.

Ağdaş rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub.

Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb.

Yevlax rayon Xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.



QafqazPRESS.az