BAKIDA “COCA-COLA”NIN QAZANXANASINDA GÖZLƏNİLMƏZ HADİSƏ
Bakıda “Coca-Cola”nın qazanxanasında gözlənilməz hadisə
“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.
Qafqazpress.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasında baş verib.
Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar.
Faktı ONA-ya şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiqləyiblər. Şöbənin əməkdaşı Səlminaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR