» » Bakıda iki bacı döyüldü

Bakıda iki bacı döyüldü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Kriminal
Bakıda iki bacı döyüldü


Ötən gün Bakının Səbail rayonu ərazisində iki bacı vəhşicəsinə döyülüb.

Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Neftçilər prospekti, 20 ünvanında, küçənin ortasıda 1974-cü il təvəllüdlü Aygün Yasin qızı İsmayılova və onun bacısı, 1984-cü il təvəllüdlü Zəbikə İsmayılova möhkəm döyülüb.

Araşdırmalar zamanı bacıların 1992-ci il təvəllüdlü Nicat Asif oğlu Əliyev tərəfindən döyüldüyü bildirilir.

Hazırda bacıların vəziyyəti orta-ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, gənc oğlanla bacılar arasında mübahisə olub. Sonradan oğlan qızlara zərbə endirməyə başlayıb.

Hadisəni törədən gənc saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


QAfqazPRESS.az
banner125x125 banner125x125