» » Paytaxt ərazisində daha bir uşağa it hücum edib.

Paytaxt ərazisində daha bir uşağa it hücum edib.

Müəllif: Səma Zərdablı
//
Tarix: 13 iyun 2019
//
Bölmə: Hadisə
 Paytaxt ərazisində daha bir uşağa it hücum edib.


Qafqazpress.az xəbər verir ki, hadisə dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında olub. Parkda gəzən cütlüyün iti azyaşlı uşağa hücum edərək qolunu dişləyib.
İtin hücumuna məruz qalan uşaq “Publika.az” xəbər portalının əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist hadisə barədə bu barədə sosial şəbəkədə məlumat verib:
“Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Fotodan da göründüyü kimi itin “ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”.
Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər: “Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz”.
banner125x125 banner125x125