Bakıda ruhi xəstə Təcili tibbi yardım stansiyasına hücum edib həkimi döydü
Bakıda ruhi xəstə Təcili tibbi yardım stansiyasına hücum edib həkimi döydü
Paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsindəki Təcili tibbi yardım stansiyasına hücum olub. Ruhi xəstə Valeh Hümbətov stansiyaya gələrək şüşələri qırıb, orada olan əşyaları dağıdıb.
Qafqazpress.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
R.Nağıyev bildirib ki, Hümbətov təkcə binaya zərər vurmayıb. Stansiyanın böyük həkimi Tahir Alıyevə, eləcə də hadisə yerinə çağırılan polis əməkdaşına da xəsarət yetirib.
"Hadisə martın 5-də qeydə alınıb. Təcili yardım stansiyasına gecə saat 00:55-də çağırış daxil olub. Həmin stansiyada psixi-briqada olmadığında çağırış digər stansiyaya ötürülüb”,-baş həkim əlavə edib.
Hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə Hümbətov 38-ci bölməyə aparılıb: "Psixi-briqada stansiyaya gələrkən xəstə artıq polis əməkdaşlarının köməyi ilə bölməyə aparılıbmış. Buna görə də mərkəz məlumatlandırılıb və briqada bölməyə gedib. Xəstə aqressivləşdiyindən onu polis əməkdaşlarının köməyi ilə Maşdağadakı 1 saylı ruhi əsəb xəstəxanasına yerləşdiriblər”.
Baş həkim əlavə edib ki, hadisə ilə bağlı məlumat daxil olan kimi araşdırma aparılıb. "Çağırışın daxil olduğu vaxt monitorda qeyd olunur, briqadanın stansiyadan çıxışı, stansiyaya geri dönüşü, maşınların hərəkətinə kimi kameralarla izlənilir, qeydə alınır. Hümbətov ruhi xəstə olduğundan həkimlər şikayətçi olmayıblar”.
Qeyd edək ki, bəzi saytlarda əsassız olaraq psixi-briqadanın çağırışa getmədiyinə dair məlumatlar yayılıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR