» » Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu

Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 iyul 2019
//
Bölmə: Hadisə
Bakı-Sumqayıt yolunda 6 maşın toqquşdu


Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

Qafqazpress.az xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.

Hazırda həmin yolda böyük tıxac var.
banner125x125 banner125x125