» » Bakı-Qazax yolunda dəhşətli qəza: iki nəfər diri-diri yandı

Bakı-Qazax yolunda dəhşətli qəza: iki nəfər diri-diri yandı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: Hadisə
Bakı-Qazax yolunda dəhşətli qəza: iki nəfər diri-diri yandı




14:01

Bakı-Qazax yolunun Ucar rayonunun Yeniyol kəndindən keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaqdaşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

Bakı-Qazax yolunda tıxac yaranıb.


QafqazPRESS.az