TƏKİ VƏTƏN YAŞASIN!!!

TƏKİ VƏTƏN YAŞASIN!!!
7-08-2015, 00:26

Şərurda zəlzələ

Şərurda zəlzələ
7-08-2015, 00:17

Bu videonu çəkdi və intihar etdi - VİDEO

Bu videonu çəkdi və intihar etdi - VİDEO

Türkiyədə 24 yaşlı şəxs intihar edib. Boğaziçi körpüsünə çıxan gənc polisinin təkidinə baxmayaraq özünü dənizə atıb. Gecə 03.30-da intihara cəhd edən Mehtap Zəngin adlı şəxsi xilas etmək mümkün olmayıb.

Sahil Təhlükəsizlik və Dəniz Polisi tərəfindən qısa müddətdə şəxsin cəsədi tapılıb. Üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığı üçün gəncin ailəsinə xəbər verilməyib.

Mehtap Zəngin ölümündən öncə intihar səbəblərini söyləyib: "Bir çoxları mənim dostum deyilmiş. Hər kəsi vicdanı ilə baş-başa buraxıram. Mən artıq bəzi şeyləri öyrəndim. Hər kəsin istədiyi şeyi edirəm. 24 yaşımda həyatımı sona çatdırıram. Sabah qəzetlərin 3-cü, 4-cü və ya 1-ci səhifələrində mənim adımı eşidəcəksiniz. Hamınızı öpürəm, Allaha əmanət olun".

Anasından, kiçik itinə sahib çıxmasını da istəyən Zəngin sözlərinə belə davam edib: "Tək istəyim var. O da itimlə bağlıdır. Ana, mənim evdəki itimi götür. Ona çox yaxşı baxacağını bilirəm. Ana onu sənə əmanət edirəm. O nəcisini evə etmir. Ona hirslənmə" , - deyə transvistit gənc yazıb.
5-01-2015, 23:05

Xırdalanda yanğın, iki azyaşlı xəsarət aldı

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.


Xırdalanda yanğın, iki azyaşlı xəsarət aldı
QafqazPRESS.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus evin həyətində 15 kv.m sahəyə yığılmış tikinti materialları yanıb. Yanğın zamanı iki azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.
8-12-2014, 21:51

Türkiyədə müalicə alan hərbçilərimizdən biri Bakıya qayıdıb

Türkiyədə müalicə alan hərbçilərimizdən biri Bakıya qayıdıb Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri bu gün Bakıya qayıdıb.

QafqazPRESS.Az APA-ya istinadən verdiyi məlumata görə, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıb.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. E. Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.
29-11-2014, 18:53

Qusarda 21 yaşlı qız itkin düşüb

Qusarda 21 yaşlı qız itkin düşübQusarda 21 yaşlı qız itkin düşüb.

QafqazPRESS.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qusar rayon Polis Şöbəsindən bildiriblər ki, şəhərin Puşkin küçəsi, 5 ünvanında yaşayan Cavadova Albina Ruslanovna 13 oktyabr 2014-cü il tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun fərdi əlamətləri: boyu 151 sm, saçları qara rəngli azca qıvrım, gözlərinin rəngi qonur, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində sarı rəngli qalın uzunqol qış gödəkçə, tünd göy rəngli cins şalvar və ağ-qara zolaqlı idman ayaqqabısı olub.

Onun barədə hər hansı bir məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19 və (050) 321-87-20 nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
29-11-2014, 18:43

Azərbaycan Ermənistan vertolyotunu vurdu



Azərbaycan Ermənistan vertolyotunu vurdu


Bu barədə Qafqazpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki. məlumata görə, bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyot vurulub.

Vertolyot Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə düşüb və hazırda ərazidə tüstüləyir.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı “Qafqazinfo”ya təsdiqləyiblər. Əlavə məlumat veriləcək.

***

Ermənistan tərəfi də faktı təsdiqləyib. Erməni mətbuatının yazdığına görə, “Mİ-24” vertolyotu təlim-məşq uçuşu həyata keçirən zaman Azərbaycan silahlı qüvvələri tərəfindən vurulub.

***

Ermənistan mediasının yaydığı məlumata görə, vurulan Mi-24-də 3 nəfər ekipaj üzvü həlak olub. Helikopterin tamamilə yandığı qeyd edilir.
12-11-2014, 19:57

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb


QafqazPRESS.Az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilmiş Hərbi Dəniz Qüvvələrinin gəmilərində olub.
Hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Müdafiə nazirini Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib.
Hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə Müdafiə nazirinə məlumat verilib. Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.
Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.
Gəmilərin ümumi vəziyyətini və şəxsi heyətin bacarıqlarını müsbət qiymətləndirən Müdafiə naziri bildirib ki, bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edilib. Nazir Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması və gəmi heyətinin sosial şəraitinin yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
24-10-2014, 13:41

Cəbhədə 15 dəfə ətəşkəs pozulub

Cəbhədə 15 dəfə ətəşkəs pozulub


QafqazPRESS.Az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.
Erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
24-10-2014, 13:40





© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.