Şabranda tikinti şirkətində qəza: Fəhlələr xəsarət aldı - YENİLƏNİB
Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
09:06
Şabran rayonunda tikinti işləri zamanı qəza olub.
“Report”un məlumatına görə, rayonun Yenikənd kəndində fəaliyyət göstərən şirkətdə fəhlə işləyən 1984-cü il təvəllüdlü Əmirağa Ağabala oğlu Ağayev və 1968-ci il təvəllüdlü Feyruz Əlövsət oğlu Ağarzayev qəza zamanı müxtəlif xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub.
Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR