İspaniyanın "qızıl oğlan"ı Rauldan növbəti ünvan
Raul Qonsaleslə bağlı yeni xəbərlər yayılıb. İspan ulduzun Amerikaya üz tutacağı iddia olunur.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 2012-ci ildə "Şalke 04"dən ayrılaraq Qətərin "Əl Saad" klubuna keçən Raulun müqaviləsi 2 ay sonra başa çatacaq. Deyilənə görə, "Real"ın 36 yaşlı əfsanəsi ABŞ-a üz tutacaq və MLS liqasında çıxış edən "Nyu-York Kosmos" klubu ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"ın formasını geyinən Raul 550 oyunda 228 qol vurub. 6 dəfə La Liqa, 3 dəfə Çempionlar Liqası çempionluğu qazanan futbolçu 2010-cu ildə "Şalke 04"ə keçmişdi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR