"Barselona" onu alır
"Sevilya" klubunun yarımmüdafiəçisi İvan Rakitiçə təkliflər gəlməkdə davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Barselona" klubu da xorvatiyalı futbolçunun transferində maraqlıdır.
Kataloniya təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün 25 milyon avrosundan keçməyə hazırdır. Lakin "Real" (Madrid) və "Beşiktaş" klublarının da hədəfində olan Rakitiç gələcək karyerası ilə bağlı qərarı dünya çempionatından sonra açıqlayacağını bildirib.
Qeyd edək ki, 2011-ci ildə "Şalke"dən "Sevilya"ya transfer olunan Rakitiç cari mövsüm keçirdiyi 34 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR