» » Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - YENİLƏNİB

Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - YENİLƏNİB

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 yanvar 2015
//
Bölmə: Siyasət
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - YENİLƏNİB






22.01.2015
12:59

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparıldı.

Dövlətimizin başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğuladı.

---------
12:53

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiya Federasiyası “Sberbank”ının sədri German Qref ilə görüşüb.

Görüşdə “Sberbank”ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirdi, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışdı, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini dedi. Dövlətimizin başçısı Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın maliyyə qurumları ilə “Sberbank” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

---------
12:47

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə “Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı gələn ay Bakıda keçiriləcək “Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edildi, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

---------
12:09

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.

-----------------
21.02.2015
23:55

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edildi. Son dövrdə dövlətlərimizin başçılarının görüşlərində ikitərəfli münasibətlərin inkişafına dair aparılan səmərəli müzakirələrin bu gün müsbət nəticələr verdiyi bildirildi. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırıldı.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

--------
23:49

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-də İsveçrəyə işgüzar səfərə gəlib.
banner125x125 banner125x125