Brüsselin divarlarında Vüqar Həşimovun qraffitiləri peyda oldu
“Street art” (“Küçə sənəti”) ilə məşhur olan Brüsselin divarlarında artıq Vüqar Həşimovun da simasına rast gəlmək mümkündür.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, bu ilin yanvarında 27 yaşında dünyasını dəyişmiş azərbaycanlı qrossmeysterin qraffitiləri şəhərin bir neçə hissəsində naməlum rəssam tərəfindən çəkilib.
Qraffitidə “RİP Gashimov”, yəni “Yerin behişt olsun, Həşimov” yazılıb.
Xatırladaq ki, Vüqar Həşimov Brüssel küçələrini bəzəyən ilk azərbaycanlı deyil. Cazmen Əzizə Mustafazadənin də Belçika paytaxtında “öz divarı” vardır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR