» » Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinə yekun vurulub

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinə yekun vurulub

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 may 2014
//
Bölmə: İdman
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinə yekun vurulub



Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə bu gün yekun vurulub. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yarışın bütün mükafatçılarının adına X oyun günündə aydınlıq gəlib.

Artıq çempionluq şansını itirən Azərbaycan şahmatçılarından Teymur Rəcəbov son turda Hikaru Nakamura ilə qarşılaşıb. Həmyerlimiz ilk “üçlük”də yer almaq üçün qalib gəlməli olsa da, rəqibi ilə heç-heçə edib. Sonuncu olacağı dəqiqləşən Şəhriyar Məmmədyarov Sergey Karyakini sınağa çəkib.

Bu oyunda da tərəflər löhvəni hərəyə yarım xalla tərk ediblər. Turnirin çempionu isə Maqnus Karlsenlə Fabiano Karuananın duelində dəqiqləşib. Dünya şahmat tacının qalibi olan Karlsen əsas rəqibinə qalib gəlib. Beləliklə, norveçli şahmatçı yarışın qalibi, Karuana ikinci, Nakamura 3-cü olub. Rəcəbov 4-cü, Karyakin 5-ci, Məmmədyarov isə 6-cı yeri tutub.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125