» » Vüqar Həşimovun 40 mərasiminin keçiriləcəyi yer açıqlandı

Vüqar Həşimovun 40 mərasiminin keçiriləcəyi yer açıqlandı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 fevral 2014
//
Bölmə: İdman
Vüqar Həşimovun 40 mərasiminin keçiriləcəyi yer açıqlandı


Yanvarın 11-də uzun sürən xəstəlikdən sonra Almaniyanın Haydelberq xəstəxanasında dünyasını dəyişən Vüqar Həşimovun 40 mərasimi fevralın 22-də keçiriləcək.

Bu barədə mərhum şahmatçının qardaşı Sənan Həşimov Facebook-da yazıb.

Sənan Həşimov yazıb ki, həmin gün "Təzəpir" məscidində ehsan veriləcək.

Saat 11.00-dan 14.00-adək qadınlar, saat 14.30-dan sonra isə kişilər mərasimdə iştirak edə bilərlər.



QafqazPRESS.az