"Trabzonspor"dan qəribə qərar
"Trabzonspor" futbol üzrə Türkiyə Super Liqasından imtina edə bilər.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, klubun idarə heyətinin üzvü Murat Türköz "Fənərbağça" klubunun prezidenti Əziz Yılldırımın yenidən mühakimə olunması qərarının "Trabzonspor"un Liqadan gedəcəyi ilə nəticələnə biləcəyini bildirib.
Onun sözlərinə görə, danışılmış oyunlar qalmaqalı səbəbindən Əziz Yıldırımın yenidən mühakimə olunması və əvvəlki məhkəmə qərarlarının dayandırılması "Trabzonspor"un halal çempionluğunu əlindən almaq niyyəti daşıyır:
""Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu da liqadan gedə biləcəyini istisna etmir. Biz bu qərarla diqqətləri "Trabzonspor"un çempion olmasına çəkmək istəyirik. Bizi Türkiyə futbolundan getməyimiz barədə qərar verməyə zorlamasınlar. Bu vicdansızlıq davam edəcəyi təqdirdə "Biz yoxuq" deməyə hazırıq".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR