QafqazPRESS » İdman » “Qəbələ” ilk dəfə “play-off”da- Yenilənib

“Qəbələ” ilk dəfə “play-off”da- Yenilənib

“Qəbələ” ilk dəfə “play-off”da- Yenilənib




Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" III təsnifat mərhələsi çərçivəsində "Apollon"la cavab matçına çıxır.


Komandamız Kiprdəki ilk oyundan 1:1 hesabı ilə qayıdıb.

“Qəbələ”lilər rəqibi ilə qolsuz bərabərə qalsa, tarixində ilk dəfə "Qəbələ"nin adı play-off mərhələsinə yazılacaq.

Baş hakim: Duarte Nuno Perreyra Qomeş (Portuqaliya).



"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov.

Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 4. Elvin Camalov, 7. Ermin Zets, 11. Asif Məmmədov, 66. Samir Zərgərov.

Baş məşqçi: Roman Qriqorçuk.



"Apollon": 83. Bruno Vale, Elisio, 3. Nuno Lopes, 4. Freyre, 14. Jayme, 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 17. Joao Pedro, 26. Fotis Papulis (k), 29. Georgis Kolokudias.

Ehtiyat oyunçular: 23. İsli Hidi, 27. Angelis Angeli, 28. Marios Stilianu, 8. Farley, 42. Xristos Uiler, 9. Türam, 19. Qneki Abraham.

Baş məşqçi: Pedro Emanuel.

***

Oyunun ilk hissəsi qolsuz başa çatır.

***

Matçda ikinci hissəyə start verilir.

***

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov oyunun 80-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsini uğurla yerinə yetirir. Hesab 1:0 komandamızın xeyrinədir.

***

"Qəbələ" 90-cı dəqiqədə meydanda azlıqda qalır. Urfan Məmmədova qırmızı vərəqə verilir.

***

"Qəbələ" oyunda 1:0 hesabı ilə başa çatır. Bununla da komandamız adını öz tarixində ilk dəfə olaraq play-off mərhələsinə yazdırır.

Baxanlar: 615
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.