» » Cəbhə xəttində növbəti erməni təxribatı

Cəbhə xəttində növbəti erməni təxribatı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: Siyasət
Cəbhə xəttində növbəti erməni təxribatı



Cəbhə xəttində növbəti dəfə atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.



QafqazPRESS.az
banner125x125 banner125x125